
“Bunları bilmək maraqlıdır, Qayıdış planına görə, Qarabağın işğaldan azad olunmuş ərazilərində salınacaq yaşayış məntəqələrinin sayı 936-dan 316-dək endiriləcək”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, ən çox azalma Qubadlıda olacaq: “Əvvəlki 91 yaşayış məntəqəsindən 24-cü saxlanılacaq.
Bu göstərici Cəbrayılda 89-dan 25-ə, Zəngilanda 71-dən 22-ə, Füzulidə 76-dan 27-ə, Ağdamda 115-dən 48-ə, Kəlbəcərdə 145-dən 63-ə, Laçında 124-dən 45-ə planlaşdırılıb. İndiyədək dövlət büdcəsindən (2021-22-ci illər üzrə) Qarabağın bərpasına 6 milyard 488 milyon 600 min manat vəsait xərclənib.
Xərclənmiş vəsaitin 76 faizi və ya 4 milyard 936 milyon 800 min manatı avtomobil yollarının layihələndirilməsi və tikintisində istifadə olunub. Göründüyü kimi Qarabağda yol tikintisinə son 2 il ərzində 5 milyard manata qədər vəsait qeyri-şəffaf və hesabatsız xərclənib”.
Afət Abbasova
Gununsesi.info