Qarabağda yaşayan erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi baş tutub - VİDEO

  • By admin
  • 08 Sentyabr 2023 20:33

Qarabağda yaşayan erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.

Son məlumata görə, dörd nəfərdən ibarət erməni ailə bu gün SBM-dən keçərək Xankəndinə gəlib.

Bu, bir daha göstərir ki, Laçın yolunun bağlı olması barədə erməni tərəfinin iddiaları əsassızdır. “Laçın” sərhəd-buraxılış məntəqəsi humanitar məqsədlər üçün açıqdır.