Qarabağda yenə partlayış səsləri eşidiləcək

  • By admin
  • 27 Yanvar 2021 13:43

Rusiya Humanitar Minalardan Təmizləmə Mərkəzinin mühəndis qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi işlərini davam etdirir.

Gununsesi.info xəbər verir ki, bu gün Xocavənd rayonunda və qonşu yaşayış məntəqələrində, Xocavəndin Ayaslı və Xanaçax kəndlərində, həmçinin Xankəndi hava limanı yaxınlığında partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün iş aparılacaq.

Partlamamış hərbi sursatların axtarışı və məhv edilməsi zamanı ərazidə şiddətli partlayış səsləri eşidiləcək.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri Qarabağda 672,3 hektar ərazi, 225,8 km yol, 883 yaşayış binası, o cümlədən 25 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 23 813 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Gununsesi.info