Ermənistanın ən böyük mobil xidmət operatoru “Viva-MTS” Qarabağdakı ermənilər üçün xidməti dayandırır.
Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, bu barədə hazırda Ermənistanda 2 milyon abonentə mobil operator xidmətini göstərən “Viva-MTS” şirkəti məlumat yayıb.
“İyulun 1-dən Qarabağda yaşayan ermənilər yalnız rouminq çərçivəsində mobil operatorun xidmətindən istifadə edə biləcəklər” – “Viva-MTS”in məlumatında qeyd olunur.
“Viva-MTS” rouminq xidmətinin tarifləri barədə əlavə olaraq məlumatın veriləcəyini də qeyd edib.
Gununsesi.info