Qarabağdakı erməni sakin əsgərlərimizə sığındı

  • By admin
  • 29 Dekabr 2021 16:15

Erməni mediası bu gün Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında məskunlaşdırılan erməni sakinin itkin düşdüyü haqda məlumat yayıb.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, Xankəndidə rus sülhməramlılarının arxasında gizlənərək, fəaliyyətlərini davam etdirməyə çalışan separatçı-terrorçu tör-töküntüləri keçmiş Əsgəran rayonunun Ayaslı kənd sakini, 1971-ci il təvəllüdlü Armen Verdyanın səhər saat – 7:30 radələrində itkin düşdüyü haqda məlumat aldıqlarını bildiriblər.

Bildirilib ki, Ayaslı kənd sakini Naxçıvanik istiqamətində “azıb” və Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçib.

Onun itməsi barədə rus sülhməramlıları artıq məlumatlıdır.

Qeyd edək ki, Armen Verdyan adlı erməni əsilli şəxsin hansı peşənin sahibi olduğu, niyə o saatlarda yola çıxdığı və “azdığı” bildirilmir. Onun azaraq Azərbaycan əsgərinə sığındığı, yoxsa təxribatçı olduğunu Azərbaycan Ordusu müəyyənləşdirəcək.

Gununsesi.info