Qarabağdakı təxribatların Rusiya təşkil edir -AZƏR QASIMLI

  • By admin
  • 05 Dekabr 2022 15:51

Son günlər Laçın dəhlizi ətrafında vəziyyət gərginləşib.

Ermənistan media orqanları dekabrın 3-də Azərbaycan tərəfinin Laçın dəhlizini bağlamasından, bu məsələyə Rusiya sülhməramlılarının qarışmasından yazıblar.

Həmin məlumatlarda yolun az sonra açıldığı da vurğulanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə “faydalı qazıntıların qanunsuz istismarı” ilə bağlı monitorinq aparılması üçün Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə komissiya göndərildiyini açıqlamışdı.

 

 

Azərbaycanla Ermənistan arasında ötən ilin dekabrından Brüsseldə Avropa İttifaqı vasitəsilə sülh danışıqları aparılır.

ABŞ-da bu prosesi dəstəkləyir. Amma Rusiya da istər bir müddət əvvəl üç ölkə liderlərinin Soçi görüşü, istərsə də birbaşa təmaslarla əlavə olaraq Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda öz xətti ilə iştirak edir.

 

Siyasi şərhçi Azər Qasımlı  Gununsesi.info-ya bildirib ki, Laçın dəhlizi ətrafında olan son gərginlik yenə də Rusiya tərəfindən  həyata keçirilir:

“Rusiya Xarici İşlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, onlar mütləq nizamlanma prosesində iştirak etməlidir, delimitasiya və demarkasiyası prosesi üçün lazım olacaq xəritələr Rusiyadadır. Bunu deməklə o, açıq şəkildə ifadə etdi ki, Rusiya istəməsə, bu bölgədə sülh olmayacaq və Qarabağda Rusiyanın hərbi kontingenti o vaxta qədər qalmalıdır ki, orada yaşayan ermənilərə hansısa bir statusun verilməsi təmin olunacaq. Onu da deyib ki, bu məsələni gələcək nəsillər həll etməlidir. Sözündən belə çıxır ki, gələcək nəsillərə qədər Rusiya burada qalmalıdır. Rusiyanın planı budur”.

Günay

Təhməzova

Gununsesi.info