Qarabağdan gedən ermənilər Ermənistanı da tərk edir

  • By admin
  • 09 Sentyabr 2021 14:44

İşğal dövründə Hadruta yerləşdirilən, müharibə vaxtı Ermənistana qayıdan ermənilər bu gün İrəvanda hökumət binası önündə etiraz aksiyası keçirib.

Gununsesi.info xəbər verir ki, etirazçılar iş, sosial müavinət və mənzil problemlərinin həllini tələb edirlər.

Etirazçılardan biri bildirib ki, Hadrutdan gedən ermənilər Ermənistanı da tərk edirlər.

“Hadrutdan gələn ermənilərin 2500-dən çoxu artıq Ermənistandan da gedib”, – o qeyd edib.

Gununsesi.info