
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Premyer Liqasında 4-cü tur başa çatıb.
Gununsesi.info xəbər verir ki, günün ilk görüşü “Neftçi Arena”da keçirilib.
Yerli komanda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.
Turun son görüşü isə “Qarabağ” və “Kəpəz” arasında baş tutub. “Azərsun Arena”dakı matçda qalib müəyyənləşməyib. Matç heç-heçə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
IV tur
27 avqust
“Neftçi” – “Qəbələ” 2:0
“Qarabağ” – “Kəpəz” 1:1