Qarabağdan Kurilə kimi… Rus ordusu çatdırmır  - Felgenhauer

  • By admin
  • 14 Sentyabr 2021 14:13

Sovet dövründəki kimi, Rusiyanın hər yerdə düşmənləri var.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“Əfqanıstanda hakimiyyətə Talibanın gəlişindən sonra Mərkəzi Asiyada destabilizasiya təhdidi güclənib. Cihadçı hərəkat Mərkəzi Asiya respublikalarına yayıla bilər. Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında daha bir ocaq var. Oraya Rusiya cəlb edilə bilər. Donbas var və Ukrayna ilə problemlər mövcuddur. Belarus mövcuddur, Lukaşenko ilə çox böyük problemlər var.

Belə çıxır ki, hər yerdə problem var. Diviziyanı Frans-İosif arxipelaqında, Çukotkada tutmaq lazımdır, korpusu Kuril adalarında saxlamaq vacibdir.

Gücümüz yetməyəcək. SSRİ dönəmindəki kimi böyük ordu var, amma düşmənçilik hər yerə uzanıb, hər yerə isə güc çatmır”, – deyə o bildirib.

Gununsesi.info