
Azərbaycan Kubokunun final görüşü başlayır
“Qafqazinfo” xəbər verir ki, həlledici qarşılaşmada “Qarabağ” və “Neftçi” üz-üzə gəlir.
Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
***
Komandalar meydana aşağıdakı tərkibdə çıxıblar:
“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo, Dani Kintana, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov, Mahir Mədətov.
“Neftçi”: Aqil Məmmədov, Kamal Qurbanov, Elvin Bədəlov, Jayro, Rahil Məmmədov, Məqsəd İsayev, Erik Ramos, Rəhman Hacıyev, Elşən Abdullayev, Araz Abdullayev (k), Ruslan Qurbanov.
***
Oyunda ilk hissə başa çatdı. Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanırlar.
***
İlk hissə başlayır.
***
Matçın əsas hissəsində qapılara qol vurulmadı. Oyuna 30 dəqiqə vaxt əlavə edilir.
***
Oyunun 120-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Migel Markos Madera hesabı açır. Hesab 1:0 bu komandanın xeyrinədir.
***
“Qarabağ” 1:0 hesabı ilə qalib gəlir və Azərbaycan kubokuna sahib çıxır. Bu, komandanın ard-arda ikinci qələbəsi- “qızıl dubl”udur.