“Həqiqi mənada günün səsinə çevrildiniz” - MƏLAHƏT İBRAHİMQIZINDAN SAYTIMIZA AD GÜNÜ TƏBRİKİ

  • By admin
  • 24 May 2017 13:54

melahet2

Gununsesi.info-nun yaranmasının 1 illiyi münasibətiylə redaksiyamızın poçtuna ölkənin ictimai-siyasi həyatında önəmli yer tutan millət vəkilləri, ziyalılar və tanınmış şəxslərindən çoxlu sayda təbrik məktubları daxil olub. Onlardan millət vəkili Məlahət İbrahimqızının təbrikini təqdim edirik.

Gununsesi.info saytı yarandığı qısa müddət ərzində fəaliyyətiylə ölkəmizdə fəaliyyət göstərən internet portalları arasında öz operativliyi və özəlliyi ilə seçildi və sevildi.

Baxmayaraq ki, portal 1 yaşını qeyd edir, lakin bu qısa müddət ərzində həqiqi mənada günün səsinə çevrilə bilib. Ayrı-ayrılıqda elə mətbuat təsisatları var ki, uzun müddət yaranıb fəaliyyətlərini qeyd etsələr də, lakin onların bu fəaliyyəti cəmiyyətdə, ictimai-siyasi həyatda ən operativ xəbər qaynağı mənbəyinə çevrilmələri üçün hələ də yetərincə deyil. Lakin qısa müddət ərzində yaranmasına baxmayaraq, artıq insanlar Gununsesi.info-nun ən vacib xəbər ehtiyatlarından istifadə edirlər. Bu da bir daha göstərir ki, bu informasiya portalının redaksiyasında çalışan mətbuat nümayəndələri çox peşəkar, işini quran və öhdəsindən bacarıqla gələn, günün nəbzini tutmağı bacaran KİV nümayəndələri, jurnalist heyətidir.

Gununsesi.info-nun 1 yaşını təbrik edir, uğurlar arzulayıram. Arzu edirəm ki, Azərbaycan xalqı üçün ən önəmli, əlamətdar hadisələri, gözəl və xoş xəbərləri ilk olaraq Gununsesi.info-dan alaq. İşğal altında olan gözəl Qarabağımıza, Şuşaya və digər bölgələrimizə qələbə bayrağının sancılmasının, Milli Ordumuzun böyük zəfərinin qələbəsinin ilk xəbərini Gununsesi.info-dan alaq. Uğurlar arzulayıram.

Gülnaz Qənbərli

Gununsesi.info