“Qarabağ”ın əsas futbolçuları komandadan ayrıldı - RƏSMİ

  • By admin
  • 24 May 2018 17:01

“Qarabağ”ın əsas futbolçuları komandadan ayrıldı – RƏSMİ

“Qarabağ” Futbol Klubu İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, eyni zamanda, Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb

Gununsesi.info-nun xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub adıçəkilən doqquz futbolçuya “Qarabağ”dakı xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.