“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən “Ayaks” (Niderland) heyətini İtaliyanın “İnter” klubundan ayrılan Devi Klassenlə gücləndirib.
Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi Amsterdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Niderland millisinin sabiq üzvü “Ayaks”a azad agent kimi qoşulub. Devi Klassen bundan öncə müxtəlif vaxtlarda daha iki dəfə “ağ-qırmızılar”ın şərəfini qoruyub.
Qeyd edək ki, “Qarabağ” “Ayaks”la oktyabrın 24-də Bakıda qarşılaşacaq.
Gununsesi.info