
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Portuqaliya klubu “Braqa” transfer büdcəsini artırıb.
Gununsesi.info xəbər verir ki, rəhbərlik baş məşqçi Artur Jorjeyə daha geniş imkanlar yaradıb.
Qeyd edək ki, Portuqaliya çempionatında 15 turdan sonra 32 xalla dördüncü pillədə qərarlaşan “Braqa” liderdən cəmi 5 xal geri qalır. “Qarabağ” bu komanda ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.
Gununsesi.info