Qarabağın azad edilməsi Ermənistanda enerji böhranı yaratdı

  • By admin
  • 26 Dekabr 2020 17:58

İşğal altındakı ərazilərin azad edilməsi ilə Ermənistan elektrik böhranı ilə də üzləşib.

Gununsesi.info xəbər verir ki, işğal dövründə Qarabağda 30 Su Elektrik Stansiyası inşa edilib və istehsal olunan enerjinin böyük hissəsi Ermənistanın təminatına yönləndirilib.

İndi Ermənistan Azərbaycan torpaqlarından mənimsədiyi elektrik nerjisindən də məhrum oldu.

Erməni ekoloq-mühəndis Ayk Akarmazyan deyir ki, bu itki Ermənistanda elektrik enerjisinin qiymətlərinə ciddi təsir edəcək.

“Misal üçün, indiyə qədər parniklər elektrik enerjisi ilə isidilirdisə, indi yanacaqla isidiləcək və bu bahadır. Bu bahalıq məhsulların da qiymətinin artmasına təsir edəcək. Digər tərəfdən, Ermənistan yaranmış ehtiyacı ödəmək üçün elektrik enerjisi istehlakçılara daha baha qiymətə satacaq ki, əlavə enerji əldə etməyə maliyyə olsun. Beləliklə, bizi daha ağır günlər gözləyir”, – erməni ekoloq bildirib.

Qeyd edək ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə 36 SES inşa etmişdi. Bunun 30-u faktiki olaraq Ordumuzun nəzarət etdiyi ərazilərdə, 6-sı isə sülhməramlıların olduğu bölgədədir.

Gununsesi.info