“Qarabağ”ın cavab oyunun vaxtı dəqiqləşdi

  • By admin
  • 13 Sentyabr 2017 09:36

0

“Qarabağ”ın əsas və gənclərdən ibarət komandaları UEFA Çempionlar və Gənclər Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu keçirib.  

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, İngiltərədə “Çelsi” ilə qarşılaşan əsas komanda 0:6, gənclər isə 0:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsi çərçivəsində növbəti oyununu sentyabrın 27-də, Bakı Olimpiya Stadionunda “Roma”ya qarşı keçirəcək.

Anar

Gununsesi.info