“Qarabağ”ın Çempionlar Liqasında rəqibi məlum oldu

  • By admin
  • 20 İyul 2017 00:55

qarabaqqqqqqq

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Gununsesi.info-nun  məlumatına görə, ikinci oyun günündə 10 qarşılaşma baş tutacaq.

İki matçda ümumilikdə 6:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayan çempionumuz “Qarabağ”ın rəqibi müəyyənləşib.

Albaniyada keçirilən “Kukesi” – “Şerif” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, ilk oyunda  1:0 hesabı ilə qalib gələn “Şerif” səfər matçında vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib və III təsnifat mərhələsində “Qarabağ”a rəqib olub.

Çempionlar Liqası

II təsnifat mərhələsinin cavab oyunu

19 iyul

21:30. “Kukesi” (Albaniya) – “Şerif” (Moldova) – 2:1

İlk oyun – 0:1

Gununsesi.info