Bu gün Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü atılıb.
Gununsesi.info xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın rəqibi müəyyənləşib.
“Qarabağ” II təsnifat mərhələsində Lüksemburq çempionu “Düdelanj”la qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşünü evdə, cavab matçını isə səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 12-13-də və 19-20-də keçiriləcək.
“Qarabağ” ardıcıl üçüncü dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcık.