
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.
Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.
Şəbnəm
Gununsesi.info