“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarıldı

DÇ-2022-nin seçmə mərhələsinın oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş baş verib.

Gununsesi.info xəbər verir ki, “Qarabağ”ın futbolçusu Qara Qarayev zədəli olduğu üçün yığma ilə səfərə yollana bilməyəcək.

HTML tutorial

Qeyd edək ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv Portuqaliya yığması ilə martın 24-də keçiriləcək qarşılaşma üçün sabah – martın 22-də İtaliyanın Turin şəhərinə yola düşəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Gununsesi.info