“Qarabağ`ın futbolçusu “Qalatasaray”a kecəcəkmi?

  • By admin
  • 24 Avqust 2022 16:39

Turan İnformasiya Agentliyinə daxil olmuş məlumata görə,Türkiyənin “Qalatasaray`  komandası  bu il Çempionlar Liqası ilk mərhələsinin oyunlarına diqqəti cəlb  etmiş  “Qarabağ” komandasının sol kənar müdafiəçisi  Toral Bayramovla maraqlanmağa  başlayıb.

Bununla bağlı Turan İnformasiya Agentliyinə “Qalatasaray” klubundakı mənbədən daxil olmuş məlumatda Bayramovun “Qalatasaray”a  transfer edilməsinə   dair məsələni klubun gündəminə  Galatasaray Sportif A.Ş. üzvü Ural Aküzüm gətirdiyi deyilib. Babaları Gəncədən Karsa köçmüş Ural  Aküzümün “Qarabağ” klubu və Azərsun holdinqin prezidenti Abdülbari Gozal və komandanın məşqçisi Qurban Qurbanov  ilə yaxın münasibəti  olduğuna görə,”Qalatasaray” klubunun “Qarabağ” klubundan oyunçu  transfer etməsinin çətinlik törətməyəcəyi də Turan İnformasiya Agentliyinə verilən məlumatların arasında yer alıb.UEFA qaydalarına görə,yeni mövsüm üçün oyunçu alış-satışı avqustun 31-də başa çatacaq.

 

Gununsesi.info