“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

“Qarabağ” Futbol Klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev işindən ayrılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə klub paylaşım edib.

Qeyd olunub ki, o öz istəyi ilə bu qərarı verib.

2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğu, 1 dəfə ölkə kubokunu qazanıb.

 

Gununsesi.info