“Qarabağ”ın oyununa azərkeş axını - 15 MİN BİLET

  • By admin
  • 11 İyul 2017 16:00
qarabag
Bu gün “Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxışa başlayır.
Gununsesi.info məlumatına görə, Gürcüstan təmsilçisi “Samtredia”nı doğma meydanda qəbul edən ağdamlılara azarkeş dəstəyi xeylidir.
Klubun rəsmi səhifəsindən verilən məlumata görə, artıq 15 mindən artıq bilet satılıb. Oyuna böyük maraq var. Qarşılaşmanın başlayacağı saatadək bilet satışının daha da çoxalacağı gözlənilir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti 21:00-da çalınacaq. Matçı Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

Gununsesi.info