“Qarabağ”ın qapıçısı üçün QƏRAR

  • By admin
  • 16 Mart 2024 13:42

“Qarabağ”ın qapıçısı Andey Lunyov dəvət aldığı Rusiya yığmasının iki yoldaşlıq oyunundan yalnız birində start heyətdə yer ala bilər.

Gununsesi.info bildirir ki, bu barədə qərarı millinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov verib.

O, iki matçın hərəsində bir qolkiperə şans verəcəyini açıqlayıb: “Dəqiq deyə bilmərəm ki, start heyətdə fərqli qapıçılar olacaq. Oyunun gedişində necə olacağı isə vəziyyətdən asılıdır. Daha çox qapıçının bu görüşlərdə iştirakını istəyirəm”.

Qeyd edək ki, Rusiya yığması martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşacaq. Lunyovdan başqa, komandaya daha üç qapıçı – Aleksandr Maksimenko, Matvey Safonov və Yuri Lodıgin çağırılıblar.

 

Gununsesi.info