“Qarabağ”ın qapıçısı zədələnib, 8 ay futboldan uzaq qalacaq

  • By ilhame
  • 14 İyul 2024 14:51

“Qarabağ”ın qapıçısı Amin Ramazanov zədələnib.

 

Gununsesi.info-ya klubdan verilən məlumata görə, o, məşq prosesində xəsarət alıb.

 

Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

 

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan “köhlən atlar”ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.

Gununsesi.info