“Qarabağ”ın qapıçısının İngiltərə Premyer Liqasında çıxış etmək imkanı olub

  • By ilhame
  • 17 Mart 2024 12:00

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun İngiltərə Premyer Liqasında çıxış etmək imkanı olub.

Gununsesi.info-nun məlumatına görə, 32 yaşlı qolkiper bu barədə Sergey Tırtışnının yutub kanalına açıqlamasında bildirib.

Rusiyalı oyunçu bu çempionatda mübarizə aparmaq istədiyini də gizlətməyib: “Bayer 04″də olanda bir seçim var idi. Dostum dedi ki, “Nyukasl”a getmək, orada üçüncü və ya dördüncü qapıçı olmaq mümkündür. Mən imtina etdim”.

Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqustunda “Qarabağ”a keçib. Onun hazırkı müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.

Gununsesi.info