Qarabağın qazlaşdırılması planı dəyişdirilir

“İşğaldan azad olunmuş ərazilərin qazlaşması planına dəyişikliklər ediləcək. Əvvəl bu planda rayonlar üzrə adlar salınmışdı, ancaq indi prosesin bölgələr üzrə aparılması ilə bağlı dəyişikliklər aparılır”.

Gununsesi.info xəbər verir ki, bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

HTML tutorial

Baş direktor qazlaşdırılmanın hansı bölgədən başlanacağı ilə bağlı dəqiq məlumat olmadığını vurğulayıb:

“Bugünkü günə mən konkret deyə bilmərəm ki, Qarabağ bölgəsində ilk qaz hansı kəndə, hansı şəhərə veriləcək. Amma planda Ağdam və Füzuli nəzərdə tutulmuşdu, çox güman ki o planda dəyişiklik olacaq. Planla qazlaşma işləri 2022-də başlamalı idi, lakin hələ ki “Azəriqaz” tərəfindən işğaldan azad olunmuş ərazilərdə fiziki işlər başlanılmayıb, ancaq layihələndirmə işləri aparılıb”.

R.Əliyev deyib ki, ilkin növbədə ora yüksək təzyiqli magistral kəmər çəkilməlidir:

“Ondan sonra biz pərakəndə satışı həyata keçirmək üçün digər kəmərlərin çəkilişini həyata keçirə biləcəyik”.

Gununsesi.info