Dünən Çexiya çempionatında 2016/2017 mövsümünə start verilib.
Gununsesi.info-nun məlumatına görə, bu gün daha 4 qarşılaşma keçirilib.
“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Viktoriya” mövsümdə ilk matçına çıxıb. Roman Pivarnikin komandası səfərdə “Yihlava”nın qonağı olub. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan Plzen təmsilçisi ikinci hissədə iki qol vurmaqla mövsümə qələbə ilə başlayıb – 2:1.
30 iyul
Çexiya çempionatı, 1-ci tur
17:00. “Yihlava” – “Viktoriya” – 1:2
Qollar: İkaunieks, 27 (1:0), Kuçera, 51 (1:1), Kopiç, 64 (1:2)
Gununsesi.info