“Qarabağ”ın rəqibi heç-heçə etdi

  • By admin
  • 18 Sentyabr 2022 22:02

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” komandası Fransa Liqa 1-də növbəti oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, Antuan Kambuarenin baş məşqçi olduğu komanda VIII turda “Lans”ı qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran “Nant” 15-ci pillədə qərarlaşıb. 18 xala malik “Lans” isə 4-cü sıradadır.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin II turunda Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.

Gununsesi.info