“Qarabağ”ın “Rakuv”la Bakıdakı matçının vaxtı bəlli oldu

  • By admin
  • 20 İyul 2023 13:12

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Qarabağ – Rakov (Polşa) oyununun tarixi və başlama saatı bəlli olub.

Gununsesi.info UEFA-ın saytına xəbər verir ki, matç avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da başlanacaq.

Bu komandalar arasında ilk görüş isə iyulun 26-da Polşada keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Gununsesi.info