“Qarabağ”ın sabiq məşqçisi öldürüldü

Azərbaycanlılar tərəfindən yaradılan, lakin bir neçə il öncə fəaliyyətini dayandıran “Qarabağ Vyana” klubunun sabiq baş məşqçisi Volkan Kahraman qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Kronenzeitung” qəzeti məlumat yayıb. O, Avstriyada küçədə başından güllələnib. Bildiriliri ki, 43 yaşında dünyasını dəyişən futbolçu tanışı tərəfindən öldürülüb. O, yeməkxanada bir nəfərlə qızğın mübahisə edib. Mübahisədən sonra küçəyə çıxan şəxsin silahını çıxararaq Kahramanı başından vurduğu iddia edilib. Mübahisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.

Qeyd edək ki, Volkan Kahraman 2015-2018-cı illərdə azərbaycanlıların Avstriyada yaratdıqları və III Liqada çıxış edən “Qarabağ Vyana” komandasında direktor, daha sonra baş məşqçi kimi çalışıb.

O, futbolçu kimi “Feyenoord”, “Ekselsior Rotterdam”, “Paşinq”, “Trabzonspor” və “Ərzurumspor” klublarında çıxış edib.

Gununsesi.info