Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Gununsesi.info xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda Cəbəllütariqin “Linkoln” klubunu qəbul edib.
Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
17, 31 və 44-cü dəqiqədə fərqlənən Olaviyo Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andradenin qolu oyuna son nöqtəni qoyub.