Qarabağın tarixi rəmzi - XARI BÜLBÜL

  • By admin
  • 05 İyun 2019 13:34

Xarı bülbül. Yəqin ki, bu çiçək haqqında hamımız eşitmişik. Bu da təbiidir, çünki  həmin çiçək  Qarabağın, Şuşanın tarixi rəmzi  hesab olunur. Deyilənə görə, bu gül yalnız Azərbaycanda , Şuşada bitir. Lakin araşdırmalara əsasən, ölkənin bəzi bölgələrində – Şuşa, Gədəbəy, Şamaxı, Xızıda da  – bu çiçəyə rast gəlinir. Bəs  Şuşada bitən xarıbüllə digər bölgələrdə bitən növlər eynidir ? Onların arasında nə kimi fərqlər var?

Moderator.az xəbər verir ki, bu barədə Modern.az-a Botanika İnstitutunun Herbari laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani danışıb.

O bildirib ki, xarı bülbülə təkcə Qarabağda yox, Azərbaycanın bir çox bölgələrində rast gəlmək mümkündür.

“Elmdə  növ və yarımnöv adlanan iki qrup var. Məsələn, Şuşada  olan xarı bülbül digər bölgədə olanlardan bir naxışına görə fərqlənir. Baş nahiyyəsinə yaxın sarı xətt var ki, digər bölgələrdəki xarı bülbüllərdə buna rast gəlinmir. Həmçinin xarıbülbüllərdə “H” hərfinə bənzər naxış var ki, bu da Şuşada olan xarıbülbüldə yoxdur”

Bioloq qeyd edib ki, dünya ölkələrinin florasında xarı bülbülə rast gəlinmir.

“Digər ölkələrdə xarı bülbül bitmir. Düzdür, səhləbkimilərin müxtəlif növlərinə rast gəlinir, lakin bu növ hələ ki, müşahidə olunmayıb”.