“Qarabağ”ın U-16 komandası beynəlxalq turnirin qalibi olub

  • By ilhame
  • 07 İyul 2024 16:56

“Qarabağ” klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”ın qalibi olub.

 

Gununsesi.info-nun məlumatına görə, Ağdam təmsilçisi yarışdakı sonuncu oyunda yerli “Trans Narva” ilə üz-üzə gəlib.

 

Rəqibini 2:0 hesabı ilə üstələyən “köhlən atlar” beynəlxalq turnirin qalibi olub.

 

Qeyd edək ki, U-16-nın baş məşqçisi Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqovdur.

Gununsesi.info