
Millət vəkili Məlahət İbrahimqızı Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun yaradıcısı və pezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse prezidenti vəzifəsinə təyin olunması münasibətilə ona təbrik məktubu göndərib.
Gununsesi.info-nun məlumatına görə, təbrikdə deyilir:
“Əziz Mehriban xanım,
Siz həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir deyərək şərəfli bir yola çıxdız.
Bu yolda gördüyünüz əzəmətli və ölçüyə gəlməyən fəaliyyətinizə görə Sizə Azərbaycan mədəniyyətinin qoruyucusu və təbliğatçısı , səhiyyənin hamisi , müasir təhsilin banisi , xeyirxahlıq mələyi, kimsəsizlərin kimsəsi,… dedilər…
Siz insanlığa xidmət etməkdən yorulmadız, əksinə bundan zövq aldız və xidmət etdikcə sevginiz və şöhrətinizlə sərhədlərə sığmaz olduz… Humanizmin, mərhəmətin, məsuliyyətin və vicdanın vətəninə və vətəndaşına xidmət etməyin təməl prinsipləri olduğunu əməlinizlə sübut etdiz…
Siz, təkcə xalqımızın yaratmış olduğu maddi-mənəvi irsin müdafiəçisi olmaqla yetmədiz, həm də dünya insanını bəşəriyyətin qazanmış olduğu mənəviyyət xəzinəsini qorumağa çağırdız…
Sizin düşüncəniz və baxışlarınızla desək “ nə böyük , nə də kiçik rollar olmur.Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi dərk edilmiş məsuliyyətin imkan verir” . Bu mənada hansı işi görməyə qərar verdizsə, hansı layihəni gerçəkləşdirmək istədizsə uğur və nailiyyətlərə imza atdız”.
Təbrikdə sonra qeyd olunur ki, M. Əliyeva ədalətsizliyin, haqsızlığın, zülmün qurbanı olan insanların və məkanların, Qarabağın, Xocalının, eşidilməyən səsi və görməyən gözü oldu.
” Dünyanın harasında sızlayan bir ürək, ağlayan bir göz , çarəsiz bir insanın olduğunu bildizsə onların harayına yetişdiz, onların ümidi olduz… Sizin həyat fəlsəfənizdə və dünyagörüşünüzdə insanlar fəaliyyətinə və həyatdakı mövqeyinə görə “ hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı,yaxud dağıdıcısı kimik təcəssüm etdirir” kimi dəyərləndirildi.
Siz dünyanın gələcəyi naminə fərqli mədəniyyətlərə, fərqli dillərə və inanclara, rənglərə malik insanları dialoqa çağırdız…Dünyanın gözəlliyini və gələcəyini bu fərqlilikdə və bütövlükdə gördüz…. İnsanları güc və zor dili ilə deyil, mədəniyyət, sevgi , hümanizm dili ilə münasibətlər qurmağa səslədiz, ucalmağın və ucaltmağın, əbədiyaşar olmağın, könüllərdə abidələr qurmağın yolunu göstərdiz.
Siz insanlara səsləndiz :
“ Kimsənsə ,elə də olmalısan – bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən.Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir”.
Bunun nəticəsidir ki, Siz xeyirxah əməllərinizlə insanlığa, bəşəri dəyərlərə xidmət edərək , xidmətinizlə onun rəmzinə çevrildiz.
Əziz Mehriban xanım,
İndi Siz yeni və şərəfli bir xidmət yolunun uğurlu başlanğıcındasız.
Bu gün Sizə tək seçiciləriniz deyil, möhtərəm Prezidentimizin simasında bütün Azərbaycan xalqı etimad göstərərək , Sizə xeyir dua edir və yeni vəzifənizdə sonsuz uğurlar arzulayaraq, ali vəzifəniz mübarək olsun deyir”.
K. HƏMZƏOĞLU
Gununsesi.info