Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək – Qazaxıstan prezidenti

  • By admin
  • 02 Dekabr 2020 16:52

Noyabrın 10-da Qarabağla bağlı əldə olunmuş razılaşma regionda uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcək.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn iclası zamanı deyib.

O bildirib ki, bu razılaşma tarixi sənəddir:

“Prezident Vladimir Putinin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı vasitəçiliyi yüksək qiymətə layiqdir. Rusiyanın fəal iştirakı ilə əldə olunmuş razılaşma yaranmış vəziyyətdə yeganə düzgün həll yolu idi”.

Gununsesi.org