“Qarabağ”la “Qəbələ”nin Avroliqadakı oyunları üçün təyinatlar açıqlandı

  • Müəllif: admin
  • 05 Dekabr 2016 13:53

qebele

Azərbaycanın “Qarabağ” və “Qəbələ” klublarının futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki son tur oyunlarına bütün təyinatlar açıqlanıb. 

Gununsesi.info-nun məlumatına görə, oyunlar xorvatiyalı və uelsli hakimlərə həvalə olunub.

Bakıda “Qarabağ” və İtaliya “Fiorentina”sı arasındakı görüşdə İvan Bebek iş başında olacaq. Almaniyada keçiriləcək “Maynts” – “Qəbələ” oyununu isə Simon Li Evans idarə edəcək.

8 dekabr

Avropa Liqası, qrup mərhələsi, VI tur

20:00. “Qarabağ” (Azərbaycan) – “Fiorentina” (İtaliya) 

Baş hakim: İvan Bebek
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrgiç
Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo
Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Mixael Zoratti (Avstriya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

22:00. “Maynts” (Almaniya) – “Qəbələ” (Azərbaycan) 

Baş hakim: Simon Li Evans
Yan xətt hakimləri: Qaret Vin Cons, Lüiss Ross Edvards
Əlavə köməkçi hakimlər: Nik Prett, Brin Marxam-Cons

Dördüncü hakim: Daniel Bekkett (hamısı Uels)
Hakim-inspektor: Are Habiçt (Estoniya)

UEFA nümayəndəsi: İmon Nafton (İrlandiya)

Maynts. “Maynts Arena”

Gununsesi.info