Qarabağsız daha bir il belə keçdi - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 26 Dekabr 2017 13:30

2017-ci il başa çatmaqdadır. 2017-ci ili Azərbaycanın ən ümdə problemi olan Qarabağ münaqişəsinin həlli istiqamətində həm ən gərgin, həm də ən aktiv il kimi qeyd etmək olar. Belə ki, 2017-ci ilin birinci yarısında Qarabağ cəbhəsində yaranan gərginlik genişmiqyaslı hərbi əməliyyatların yenidən bərpa olunma səviyyəsinədək yüksəldi və hər an hərbi əməliyyatların başlanması ehtimalı reallığa çevrildi.

2016-ci ilin aprelində “dörd günlük” müharibə Azərbaycan ordusunun cəbhədə birmənalı hərbi və hərbi-psixoloji qələbəsini təmin etməklə,  erməni ordusu barəsində formalaşdırılan “məğlubedilməzlik” mifini darmadağın edərək, onun bir sabun köpüyü olduğunu sübut etməsi Ermənistandakı mövcud böhranı dərinləşdirməklə, erməni cəmiyyətində ciddi psixoloji ruh düşükünlüyü yaratdı. Azərbaycan ordusunun hərbi-psixoloji qələbəsi Ermənistandak köç prosesini daha da sürətləndirdi. Təşviş içərisində olan Ermənistan insanı ölkəni tərk etməyə üz tutmağa başladı. Bu məğlubiyyətin acısını yaşayan Ermənistan cəmiyyəti və rəhbərliyi həm ölkə daxilindəki, həm də orduda yaşanan psxioloji durumu dəyişmək istiqamətində cəbhə xəttində ən ağlasığmaz təxribatlara əl atdı. Cəbhə xəttindəki təxribatlarla yanaşı, İrəvan danışıqlar prosesini faktiki olaraq pozdu. Odur ki, 2016-cı ilin sonu və 2017-ci ilin əvvəlində Qarabağ cəbhəsində, xüsusən də cənub-şəqr və şimal-şərq istiqamətində atəşkəs rejimini pozmaqla yanaşı, mütəmadi olaraq diversiyalar həyata keçirməyə başladı. Erməni ordu birləşmələrinin cəbhə boyunca törətdiyi bu təxribatlar Azərbaycan ordusu tərəfindən vaxtında və layiqincə alındı.  Azərbaycan ordusu nəinki bu təxribatların qarşısını zamanında aldı, eyni zamanda düşmən orduya zərbələr endirməklə onları ciddi itkilərə məruz qoydu.

Düzdür, Azərbaycan tərəfində də itkilər oldu. Lakin bu Ermənistan ordusu ilə müqayisədə qat-qat az oldu. Azərbaycan ordusunun erməni ordusunu layiqincə yerinə otuzdurmasına baxmayaraq, işğalçı Ermənistan bu, təxribatçı hərəkətlərindən əl çəkməyərək daha məkrli planlara əl ataraq, digər ölkələri prosesə cəlb etmək istiqamətindəki fəaliyyətini davam etdirdi.

Ermənistanın ən ciddi təxribatlarından biri 2017-ci ilin fevralında işğal altında olan torpaqlarda qondarma referendum keçirməsi oldu. Bununla bərabər cəbhə xəttində müxtəlif səpkili təxribatlarını da davam etdirdi.

May ayında ermənilərin növbəti təxribatı isə Xocavənd-Füzuli istiqamətində baş verdi. Erməni ordu birləşmələri bu istiqamətdə  “OSA” zenit-raket qurğusu yerləşdirilməsinin qarşısı Azərbaycan ordusu tərəfindən alındı və həmin raket qurğusu məhv edildi. Erməni ordu birləşmələri müharibə və münaqişələr zamanı nəzərdə tutulan beynəlxalq hüququn normaları və prinsiplərini növbəti dəfə kobud surətdə pozdu. Belə ki, erməni ordu birləşmələri cəbhə xəttində dinc insanları hədəf seçməyə başladı. İlin birinci yarısında Qarabağ cəbhəsinin şimal-şərq istiqamətində Tərtər və Gornaboy rayonunun cəbhəyə yaxın yaşayış məntəqlərində dinc insanlara atəşə tutuldu. İyun ayında isə Ermənistan ordusunun təxribatı daha pik həddə çatdı. Erməni ordusu növbəti vandalizm hərəkətlərinə əl atıb. Belə ki, erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində kənd sakinləri Səidə Quliyeva və onun yaşyarımlıq nəvəsi Zəhra Quliyeva qətlə yetirildi. Bir nəfər isə yaralandı.

Bununla təxribatçı fəaliyyətindən əl çəkməyən Ermənistan  Xocalı hava limanın fəaliyyətini bərpa etmək adı altında yüngülmotorlu təyyarələrlə işğal altında olan Azərbaycan torpaqlarında uçuşl keçirməyə cəhdlər göstərməklə növbəti təxribatlara əl atdı. Bundan əlavə olaraq Xankəndində bir sıra  tədbirlər keçirdilər. Məqsəd isə hər vasitə ilə Azərbaycanı  bu təxribatlara cəlb etmək idi. “Qırmızı xətti” keçən Ermənistan Qarabağ cəbhəsində hər gün müharibə risqini artırırdı.

Lakin Azərbaycan tərəfi Ermənistanın bu məkrli planlarının arxasında hansı məqsədlərin dayandığını yaxşı bildiyindən, onların bu planlarına uymayaraq, ermənilərə layiqli cavab verməklə, öz hərbi-psixoloji üstünlüyünü qoruyub saxlamaqla, diplomatik  təzyiq vasitələrini işə salmalı oldu. Azərbaycan tərəfi ilk olaraq münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT MQ həmsədr ölkələrinə mesaj ünvanlayaraq baş verəcək hər bir hadisəyə görə məsuliyyəti onların üzərinə qoydu və onları fəaliyyətisizlikdə ittiham etdi. Yaranmış  vəziyyətdə Azərbaycan cəmiyyətində də ATƏT-in MQ həmsdərlik institutuna qarşı ciddi bir “hücum” taktikası baş qaldırdı.Və bu kampaniya öz bəhrəsini verdi. Çünki Azərbaycan cəmiyyəti ölkə rəhbərliyini  vasitəçilik institutundan imtina edib, problemi hərb yolu ilə həl olunmasına üstünük verdi. Vəziyyətin mürəkkəbliyini  və müharibə risqinin yüksək olduğunu görən  ATƏT MQ  həmsədrləri, xüsusən də Rusiya aktiv fəaliyyətə başaldı. Məhz bu aktivliyin nəticəsi olaraq həmsdərlər il ərzində 3 dəfə bölgəyə səfər etdi və bununla bərabər beynəlxalq tədbrilər çərçivəsində isə dəfələrlə münaqişə tərəfləri ilə görüşlər keçirdi.

Müharibə risqi və diplomatik fəallıq

Qarabağ cəbhəsində genişmiqyaslı hərbi əməliyyatların başlama  risqinin yüksək olduğunu  və hər an belə bir əməliyyata başlanılacağına görən Kreml Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada görüşünü təşkil etdi. Qarabağ münaqişəsinin həllindəki təşəbbüsü əldən vermək istəməyən Moskva tərəflərə bir sıra təkliflər irəli sürdü. Hətta Rusiya XİN başçısı Sergey Lavrov bu məqsədlə Bakı və İrəvana səfər etdi. İrvanın destruktiv fəaliyyəti nəticəsində münaqişəinin sülh yolu ilə həlli istiqamətində dayandırılna danışıqlar prosesi martın sonu və aprelin əvvəlində Bakının təşbbüsü ilə demək olar ki, yenidən bərpa olundu. Elə aprelin 28-də Moskvada  XİN başçılarının  ikitərəfli, üçtərəfli və çoxtərfəli formatda ATƏT MQ həmsədrlərinin iştirakı ilə görüşlər reallaşdı.

Bundan sonra il ərzində XİN başçıları səviyyəində beş dəfə, prezidentlər səviyyəsində isə bir dəfə görüş keçirildi. Fəal diplomatik fəaliyyət nəticəsində illin ikinci yarısından etibarən Qarabağ cəbhəsində  Ermənistan tərəfinin təxribatları qismən də olsa səngidi.

Türkiyənin fəallığı

Qarabağ münaqişəsində aktivlik baxımından  Türkiyənin rolunu qeyd etmək lazımdır. Düzdür, Türkiyə Qarabağ münaqişəsinə həssaslıqla yamaşaraq, tez bir zamanda problemin həllinin tərəfdarı olduğunu bəyan edib. Lakin 2017-ci ildə Türkiyə Qarabağ münaqişəsinin həllində daha aktiv rol oynamaqla, yeni taktika seçdi. Bu da ondan ibarətdir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Soçidə keçirdiyi görüşdə müzakirə etdi.

O baxımdan da biz ilin birinci yarısını Qarabağ cəbhəsindəki vəziyyəti gərgin, ilin ikinci yarısını isə diplomatik cəhətdən aktiv il kimi dəyərləndirmək olar. Lakin bu aktivliyə baxmayaraq yenə də Qarabağ münaqiçəsinin həllində hər hansı konkret irəliləyişə nail olunmadı və münaqişə həllini tapmadan növbəti ilə keçdi.

Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi həmsədr ölkələrdir

Qarabağ probelminin həllinin tapmamasının səbəbi isə vasitəçilik missiyasını üzərlərinə götürən ATƏT-in MQ həmsədr ölkələrin münaqişənin həllinə laqeyd münasibəti və maraqlarının uzlaşmamasıdır.

Necə ki, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin  “dünyanın super gücləri Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil”. Onun sözlərinə görə, BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul edilsə də, heç birinə əməl edilmir: “Qətnamələrdə də qeyd edilib ki, təcavüzkar Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmalıdır”.
O əlavə edib ki, bölgəmizdəki bu ağır vəziyyətin əsas səbəbi odur ki, dünyanın super gücləri ədalətsizliyə yol verir  və beynəlxalq hüququ təmin etmir: “Bəzi hallarda problemin həllinə çalışmaqdansa, gərginliyi daha da artırırlar. BMT Təhlükəsizlik Şurası istənilən bölgədə sülh və təhlükəsizliyi təmin etmirsə, vəzifəsini layiqli şəkildə icra etmirsə, digər qurumlardan nə gözləyə bilərik?!”.

Baxmayaraq ki, həmsədrlər Qarabağ münaqişəsinin həllindəki mövcud status-kvo ilə razılaşamdıqlarını bəyan edib, bunun dəyişilməsinin vacibliyini vurğulasalar  da, bu istiqamətdə konkret addımlar atmırlar. Bu isə bir daha vasitəçilərin Qarbağ münaqişəsinin həllində maraqlı olmadıqlarının göstəricisi hesab etmək olar. Əslində həmsədrlər “nə hərb, nə sülh” prinsipinə əməl etməklə tərəfləri müharibənin alovlanmamasına imkan verməməklə mövcud status-kvonun uzadılmasına şərait yaradırlar. Həmsədrlər münaqişə tərəfləri arasında sülhün təmin olunması üçün inam və etimadı bərpa etmək əvəzinə, əksinə bu,  fəaliyyətləri ilə tərəflər arasında inam və etimad mühitini pozamaqla müharibə risqini artırmış olurlar.

Odur ki, Qarabağ münaqişəsinin bu günədək həll olunmamasının birbaşa səbəkarı elə ATƏT MQ həmsədr ölkələridir. Əgər onlar Qarabağ münaqişəsinin real həllini istəyərlərsə, qısa zamanda münaqişə öz ədalətli həllini tapar. Həmsədrlərin bəyan etdiyi ki, münaqişənin  Azərbaycanən ərazi bütövlüyü, suverenliyi çərçivəsində,  beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanaraq həll üçün İrəvana təzyiq etmək üçün geniş imkanalra malikdirlər.

Həmsədr ölkələr münaqişənin həllini stəyərlərsə münaqişı çox qısa zamanda sülh yolu ilə ədalətli həllini tapar.

2018-ci il nə vəd edir?

Təəssüflə qeyd etək lazımdır ki, baş verən proseslər Qarabağ münaqişəsinin həllində optimist nəsə vəd etmir. Bir daha yuxarıda qeyd etdiyimiz kimi vasitəçilər Qarabağ münaqişəsinin həllində maraqlı olmasıdır. Lakin 2018-ci ildə Ermənistan, Rusiya və Azərbaycanda prezident seçkilərinin keçirilməsi  Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlərə nail olunacağını istisna edir. Düzdür, XİN başçıları səviyyəsində danışqıalr nəzərdə tutulur.  Ermənistanın destruktiv mövqe sərgilməsi, eyni zamanda həmsədrlərin effektiv fəaliyyətisizliyi buna zəmin yaradır. Baxmayaraq ki, Azərbaycan  tərəfi substantiv danışıqların aparılmasının tərəfdarı olsa da, qarşı tərəfin konstrkutiv mövqe sərgiləcəyinə inanmaq sadəlöhvlük olar.

Növbəti ildə Ermənistanda prezident seçkiləri əksinə cəbhə xəttində gərginliyin artması və müharibə risqini artırmış olacaq. Çünki Ermənistan hakimiyyəti daxildəki narazıçılığı və özünə xal toplamaq üçün Qarabağ faktorundan yararlanmağa üstünlük verəcək.

Yaranmış durum bir daha müharibə risqi ehtimalının yüksək olduğunu göstərir. Bunu beynəlxalq ekspertlər və münaqişənin həllində iştirak etmiş  sabiq diplomatlar da açıq formada dilə gətirirlər.

Qarabağ münaqişəsi üzrə müstəqil ekspert Maqdalena Qrono hələ bir neçə ay öncə  Qarabağla bağlı Helsinki komissiyasına düzənlənən dinləmələrdə Qarabağda müharibənin alovlanması təhlükəsi böyük olduğunu  və əgər hərbi əməliyyatlar bərpa olunarsa, bu bölgədə humanitar fəlakətə səbəb olacağı proqnozu ilə çıxış edib.

Ekspert hesab edir ki, münaqişə ərazi bütövlüyü prinsipinə əsaslanaraq özmüqəddəratını təyin etmə yolu ilə həllini tapmalıdır: “Lakin buna baxmayaraq, tərəflər arasında etimad yoxdur. Danışıqlar prosesində isə inam azdır. Tərəflər kompromisslərdən uzaqdır”.

Ekspertin fikrincə, tərəflər arasınsa siaysi və hərbi müstəvidə əlaqələrin olmaması isə çox təhlükəlidir: “Bu isə gələcəkdə vəziyyətin gərginləşəcəyi təqdirdə vəziyyətin nəzarətdən çıxamasına təkan verə biləcək haldır”.

ABŞ-ın ATƏT Minsk Qrupunda həmsədrləri olmuş Keri Kavano, Metyu Brayza və Ceyms Urolik dəfələrlə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivsində, beynəlxalq hüquq normaları əsasənda həllini bəyan etməklə, sülhün kövərk olduğunu və hər an hərbi əməliyyatların başlanmasını dilə gətiriblər.

Rusiyalı hərbi  analitik Qriqoriy Trofimçuk “tert.am”a Qarabağ münaqişəsi tənzimlənmənin son mərhələsinə qədəm qoyduğunu və münaqişənin  hərbi yolla həllni istisna etməyib.

Rusiyalı analitik deyib ki, Qarabağ münaqişəsi artıq açılım mərhələsindədir və münaqişə güc yolu ilə həllini tapa bilər: “Bunu xeyli sayda itki ilə aprel döyüşləri bir daha sübut etdi. Odur ki, müharibə istisna deyil. Təmas xəttində baş verən proseslər müharibənin davamıdır. Əgər qoşunların təmas xəttində minlərlə itki yoxdursa, demək, bu müharibə deyil. Odur ki, biz hər itkiyə görə diqqətli olmalıyıq. Bu hər gün baş verir və tərəflər itki verir”.

Bütün bu səslənən fikirlər onu deməyə əsas verir ki, beynəlxalq vasitəçilər münaqişənin sülh yolu ilə effektli həllinə nail olmaq üçün işğalçı ilə işğala qalan arasında fərq qoymayacaqlarsa və işğalçıya  sanksiyalar tətbiq edib, onu işğalçı siyasətindən geri otuzdurmayacaqsa, o zaman problemin həllinin yeganə alternativi gücdür.

Qarabağ münaqişəsinin güc yolu ilə həlli təkcə iki ölkə arasındakı münaqişə səviyyəsindən çıxaraq regional və regionlararası bir müharibəyə çevrilmək ehtimalı böyükdür.

Mürtəza Bünyadlı

Gununsesi.info