“Qaraçı sənin anandır” – Seda Sayan əsəbiləşdi

  • By admin
  • 23 Avqust 2017 19:56

seda_sayan_03

 

Xəbər verdiyimiz kimi aparıcısı Seda Sayanın olduğu “Evleneceksen Gel” verilişinin iştirakçıları “Aşk-ı Roman” adlı seriala çəkilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ilk bölümdən sonra tənqdi atəşinə tutan serial haqda izləyicilər sosial şəbəkələrdə etirazlarını yazıblar.

Onlardan birinin “Zarafatdır mı? Qaraçılar film çəkir” sözlərinə əsəbiləşən Seda ona belə cavab verib:

“Ağzının danışığını bil. Qaraçı sənin anadır. Bu, qaraçı yox, “Roman”dır”.

Qeyd edək ki, “Aşk-ı Roman” serialının ilk bölümü 21 avqust TV8-də yayımlanıb. Ekran işinin baş rollarında evlilik verilişindən tanınan Solmaz, Kaan və Nurullah çəkilib.

Həftə içi yayımlanacaq serialın mövzusu eyni məhəllədə yaşayan iki gəncin eşqindən bəhs edir.
Gununsesi.info