Qaradağda ağır yol qəzası baş verib - 3 NƏFƏR ÖLÜB, 1NƏFƏR İSƏ YARALANIB

  • By admin
  • 06 İyul 2017 10:06

avtoqeza

Ötən gecə Bakının Qaradağ rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində 3 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Daewoo” markalı minik avtomobilinin “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində minik avtomobilinin sürücü Rövşən Hacıyev, onun sərnişinləri, qardaşı Üzeyir Hacıyev və Həsən Həsənov adlı şəxs ölüb, Nicat Qurbanov adlı şəxs isə xəstəxanaya yerləşdirilib.

Həmin şəxsin vəziyyəti ağırdır.

Hazırda Qaradağ rayon Polis İdarəsində yük maşınının sürücüsünün ifadəsi alınır.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.  

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 00:29-da başa çatıb.

Anar

Gununsesi.info