Qaradağda avtomobil yük maşını ilə toqquşdu: Yaralananlar var - VİDEO/FOTOLAR

Bu gün saat 17:45 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 39-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, eyni istiqamətdə hərəkətdə olan “Changan” markalı minik avtomobili ilə “Hyundai” markalı yük avtomobili toqquşub və zərbənin təsiri nəticəsində “Changan” markalı avtomobil aşıb.

HTML tutorial

Hadisə zamanı “Changan” markalı nəqliyyat vasitəsində olan iki nəfər sərnişin xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.