Qaradağda yaşayış binasında YANĞIN

  • By admin
  • 08 May 2023 13:51

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

Gununsesi.info FHN-in saytına istinadən xəbər verir ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 72 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info