Qaraj və içərisindəki avtomobil yanıb kül oldu - SABİRABADDA

  • By admin
  • 23 May 2017 08:26

fhn yangin masin

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Sabirabad rayonu, Türkədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 m2 olan qarajın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info