Qaraj və içindəki “BMW” yanıb

  • By admin
  • 12 Mart 2017 07:30

masin_yandi_foto

Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət qarajda baş verib.

Nəticədə qarajın dam örtüyü 8 m2 sahədə və içərisində “BMW” markalı minik avtomobilinin mühərriki və idarəetmə lövhəsi yanıb.

Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info