Qardaş ölkə Azərbaycanı TƏBRİK ETDİ

  • By admin
  • 11 Noyabr 2020 10:15

Pakistan Azərbaycanı təbrik edib.

Gununsesi.info xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq və BMT-nin aidiyyəti qərarları istiqamətində həllinə qovuşdurulmasını daim dəstəklədiyini bildirib.

Açıqlamada münaqişə tərəfləri arasında əldə olunan atəşkəsdən məmnuniyyət duyulduğu ifadə edilib: “Qardaş Azərbaycan xalqını və hökumətini torpaqlarının azadlığı münasibətilə təbrik edirik. Bunun bölgədə yeni sabitlik və rifah çağına yol açacağına və ölkəsində köçkün edilən insanların atalarının torpaqlarına geri qayıtmasını asanlaşdıracağına inanırıq”.

Gununsesi.info