Qardaş ölkədə maraqlı ənənə: Kişilər ev işlərində, qadınlar çayxanada – FOTO

  • By admin
  • 28 Fevral 2024 13:22

Bursada ildə bir dəfə təşkil edilən ənənə kişilərin qadınların bir günlük iş yükünü anlaması məqsədi daşıyır. Belə ki, qadınlar çayxanada vaxt keçirərkən, kişilər ev işləri ilə məşğul olurlar.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 800 nəfər əhalisi olan İnegöl mahalının Dipsizgöl rayonunda ildə bir dəfə təşkil edilən ənənəyə görə, qadınlar gün boyu çöldə və çayxanada oturur, oyun oynayır, söhbət edir, ərləri isə ev işləri, təmizlik işləri görür.

Kişilərin ildə bir dəfə də olsa, empatiya qurmasını və qadınların gün ərzində iş yükünü başa düşməsini hədəfləyən ənənə TÜBİTAK tərəfindən Sıla Yavuzun hazırladığı “Kıraathane: Dipsizgöldə ildə bir gün rol və yer dəyişikliyi” layihəsi ilə başlayıb.

Məhəllə sakinlərindən Nezaket Bayrak deyib ki, bu ənənə Osmanlı dövləti zamanından gəlir.

“Bu layihənin qadınları necə xoşbəxt etdiyini və ər-arvad münasibətlərində bərabərliyi təmin etdiyini müşahidə etdik. Layihə 4 ildir davam edir, lakin bu, Osmanlı dövlətində ortaya çıxan bir ənənədir. Polis və jandarma üzvləri də iştirak edir. Məhəlləmizə gəlir, seminarlar keçirir və məhəllə sakinlərini maarifləndirirlər”, – deyə o bildirib.

 

Gununsesi.info