Qardaş ölkələr arasında əlaqələr ən yüksək müttəfiqlik səviyyəsindədir - XİN

  • By admin
  • 14 Yanvar 2022 09:54

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.

Gununsesi.info xəbər verir ki, nazirlik bu barədə tviter-də paylaşım edib.

“Bu gün Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir. Bu illər ərzində qardaş ölkələr arasında əlaqələr ən yüksək müttəfiqlik səviyyəsinə ucalıb. Bir millətik, iki dövlət”, – paylaşımda deyilir.

Gununsesi.info