
Xızı rayonunda qətl hadisəsi baş verib.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, rayonun Yarımca kənd sakini, 1972-ci il təvəllüdlü Şirxan Məhərrəmov qardaşı, 1966-cı il təvəllüdlü Səmədi gülləyərək qətlə yetirib.
Hadisənin qardaşlar arasında baş verən mübahisə zəminində baş verdiyi bildirilir.
Qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info