Qardaşı arvadını və uşaqları ölümlə hədələyən şəxs tutuldu

Sabirabad Rayon Polis Şöbəsinə Qarağac kənd sakini olan bir qadının və övladlarının öldürüləcəkləri ilə hədələnmələri barədə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən qadının qaynı R.Süleymanovu müəyyən edərək saxlayıb.

HTML tutorial

Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info