Qardaşım oğlu qələt edir -ASTAN ŞAHVERDİYEV

  • By admin
  • 26 Dekabr 2016 15:50

astan1

Millət vəkili Astan Şahverdiyev qardaşı oğlunun açıqlamasına münasibət bildirib.

A. Şahverdiyev “Qafqazinfo” ya deyib ki, Nemət Şahverdiyevin dedikləri yalandır: “O qələt edib, belə danışıb. Kimdir ki o? Nə olsun ki, mənim qardaşım oğludur? Dedikləri yalandır.
Mən intervyü verəndə yanımda başqa adamlar da olub. Atası da məni tənbeh etməyib. Amma ola bilsin ki, oğluna nəsə deyib. Ancaq onun dediklərinə fikir vermək lazım deyil. O uşağın psixoloji durumunda problemlər var”.
Qeyd edək ki, Deputatın qardaşı oğlu Nemət Şahverdiyev mətbuata açıqlamasında bildirib ki, mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir:
“Hətta atam onu tənbeh edib. Söhbət Rusiyada yaşayanlar haqda dediklərindən gedir. Təəssüf. Bir də onu deyim ki, özü haqda yazılanlara nəsə deyə bilmirəm. Ancaq onun dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.
Gununsesi.info